ABŞ məhkəməsi 5 minillik tarixi olan əsərin Türkiyəyə ekstradisiyası tələbini rədd edib
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ məhkəməsi məşhur "Christie" hərrac evi tərəfindən 2017-ci ildə hərraca çıxarılan və daha sonra Anadoluya aid olduğu üçün Türkiyə rəsmiləri tərəfindən məhkəməyə verilən “Ulduz Ovçusu” heykəli ilə bağlı qərarını açıqlayıb. ABŞ ədliyyəsi heykəlin Türkiyəyə ekstradisiyası tələbini və onu Nyu-Yorkda hərraca çıxaran milyarder haqqında açılan iddianı rədd etdiyini açıqlayıb. Manhetten məhkəməsinin hakimi Alison Natan heykəlin 1906-cı ildən sonra Anadoludan çıxarıldığını və 1968-1993-cü illər ərzində nəşr olunan bir çox əsərin mövzusu olduğunu qeyd edib. Hakim Türkiyənin əsərin haqq sahibi olduğunu isbat edə bilmədini deyib. O, əsərin 1968-ci ildən 2007-ci ilə qədər Nyu-Yorkun Metropolitan İncəsənət Muzeyində sərgiləndiyini vurğulayıb. Auksion ev Vüsalə Abbasova
inin açıqlamasına görə, eramızdan 5 min il əvvəl Anadoluda hazırlandığı deyilən heykəl günümüzə qədər gəlib çatmış Kiliya tipli ən böyük mərmər qadın heykəlidir.
Facebook-da paylaş