Kabil hava limanında ölənlərin sayı 100-ü ötüb

 

Əfqanıstanda törədilən terror aktları nəticəsində 100-dən çox adam ölüb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, Kabil hava limanında terror qurbanlarının dəqiq sayı hələlik məlum deyil. "The Wall Street Journal" 103 ölüm qeydə alındığı barədə xəbər verib. CBS telekanalı isə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən 150 -dən çox xəsarət alanın olduğunu bildirib.
Terror hücumu nəticəsində 13 amerikalı əsgərin öldüyü və 15 nəfərin yaralandığı bildirilir. Məlumata görə, qoşunlarını Kabil hava limanına yerləşən digər Qərb ölkələrinin hərbi qulluqçuları və BMT əməkdaşları xəsarət almayıblar.
Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hava limanında baş verən hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.
Qeyd edək ki, avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatı hakimiyyəti ələ keçirib. Hazırda onlar Pəncşir əyalətindən başqa bütün ölkə ərazisinə nəzarət edir. Ölkə Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Qərb ölkələri isə öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Kabildən təxliyə edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}