Əfqanıstanda terror: təşkilatın 10 əməkdaşı öldürülüb

 Əfqanıstanda naməlum silahlılar Böyük Britaniya və ABŞ-ın minaların və partlamamış sursatların zərərsizləşdirməsi istiqamətində fəaliyyət göstərən "HALO Trust" qeyri-kommersiya təşkilatının əməkdaşlarına hücum ediblər.
Şəffaflıq.az-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində təşkilatın azı 10 əməkdaşı öldürülüb, 14-ü isə yaralanıb.
Əfqanıstanın "1TV" telekanalının məlumatına əsasən, insident ölkənin Bağlan əyalətində baş verib.
Əfqanıstan rəsmiləri hücumun Taliban hərəkatı tərəfindən həyata keçirildiyini hesab edirlər.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}