Əfqanıstanda "Taliban" hücumu: bir polis ölüb, 6-sı girov götürülüb

 

Əfqanıstanda Nəzarət-Buraxılış Məntəqəsinə “Taliban” silahlılarının hücumu nəticəsində bir polis əməkdaşı ölüb, terrorçular 6 asayiş keşikçisini girov götürüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsi “RİA Novosti”yə bildirib.

Hadisə Əfqanıstanı cənub-qərbində yerləşən Fərəh əyalətində baş verib. Əyalət şurasının üzvü Dadullah Xanın sözlərinə görə, “taliblər” iyulun 10-da gecə saatlarında Seyidabad məntəqəsinə hücum edib.

Fərəh əyalətinin polis rəisi isə hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}