Bakıda vəzifəli şəxs dəhşətli şəkildə öldü
Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olması məlum olub.
Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, qəsəbədə yerləşən "Rəşad" yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.
Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.
Xəbəri paylaş
Facebook-da paylaş