Şamaxıda qapalı məkanlarda qaydaları pozanlar cərimələnib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qapalı məkanlarda keçirilən nəzarət tədbirləri zamanı bəzi sahibkarlar, eləcə də alıcı və satıcılar tərəfindən qaydalara biganə yanaşıldığı aşkarlanıb.
Onlara sosial məsafənin qorunması, tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Həmçinin, pandemiya dövrünün tələblərinə etinasız yanaşan obyekt sahiblərinə ciddi xəbərdarlıq olunub, bir neçəsi barəsində intizam tənbeh tədbiri görülüb.
Şəffaflıq.az
Facebook-da paylaş