ADPU-nun kafedra müdiri vəfat edib
Şəffaflıq.az xəbər verir ki, o, bu gün 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əli Qulu oğlu Allahverdiyev 1952-ci ilin 22 martında Göyçə mahalının Cil kəndində anadan olub.
1959-1969-cu illərdə Cil kənd orta məktəbində təhsil alıb. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ümumiqtisad fakultəsinin siyasi iqtisad ixtisasına qəbul olunub.
1974-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirib, "iqtisadçı, siyasi iqtisad müəllimi" ixtisasını alıb.
1978–1981-ci illərdə Bakı Dövlət Universitetinin qiyabi şöbəsində aspiranturada oxuyan Əli Allahverdiyev 1987-ci ildə Daşkənd şəhərində namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Ə.Q.Allahverdiyev 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında "Bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 1 dərsliyin, 3 monoqrafiyanın, 4 dərs vəsaitinin, iqtisadi nəzəriyyə üzrə proqram və metodik vəsaitlərin, 100-dən artıq elmi məqalənin müəllifidir.
Ə.Allahverdiyev Təhsil Nazirliyinin iqtisadiyyat üzrə metodiki komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin eksperti olub.
Ə.Allahverdiyev 1997-ci ildən ADPU-da "İqtisadi və sosial fənnlər" kafedrasının müdiri vəzifəsində çalışırdı.
Facebook-da paylaş