Əsas Səhifə > Cəmiyyət > ADPU-nun kafedra müdiri vəfat edib
ADPU-nun kafedra müdiri vəfat edib24-08-2021, 11:53 |
![]() Şəffaflıq.az xəbər verir ki, o, bu gün 69 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Əli Qulu oğlu Allahverdiyev 1952-ci ilin 22 martında Göyçə mahalının Cil kəndində anadan olub. 1959-1969-cu illərdə Cil kənd orta məktəbində təhsil alıb. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ümumiqtisad fakultəsinin siyasi iqtisad ixtisasına qəbul olunub. 1974-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirib, "iqtisadçı, siyasi iqtisad müəllimi" ixtisasını alıb. 1978–1981-ci illərdə Bakı Dövlət Universitetinin qiyabi şöbəsində aspiranturada oxuyan Əli Allahverdiyev 1987-ci ildə Daşkənd şəhərində namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Ə.Q.Allahverdiyev 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında "Bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1 dərsliyin, 3 monoqrafiyanın, 4 dərs vəsaitinin, iqtisadi nəzəriyyə üzrə proqram və metodik vəsaitlərin, 100-dən artıq elmi məqalənin müəllifidir. Ə.Allahverdiyev Təhsil Nazirliyinin iqtisadiyyat üzrə metodiki komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin eksperti olub. Ə.Allahverdiyev 1997-ci ildən ADPU-da "İqtisadi və sosial fənnlər" kafedrasının müdiri vəzifəsində çalışırdı. Geri qayıt |