BDU-nun keçmiş rektoru VƏFAT ETDİB.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Nicat Gözəlov sosial şəbəkədə məlumat yayıb.
F.Səməndərovun 80 yaşı var idi.
Allah rəhmət etsin!
***
Firudin Yusif oğlu Səməndarov 1939-cu il aprelin 12-də Saatlı rayonunun Molday kəndində, əkinçi ailəsində anadan olub. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxuyub, oranı medalla bitirib.
1958-1961-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1966-cı ildə təhsilini başa vurduqdan sonra ADU-ni bitirib və Cinayət hüququ kafedrasında aspirant saxlanılıb.
1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizadlik dissertasiyası müdafiə edib.
1969-cu ildən ADU-in Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışıb, 1997-ci ildən həmin kafedranın professorudur.
F.Səməndərov 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə BDU-nun rektoru olub.
1995-ci ildə ”Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 1995-ci ildən BDU-nun Cinayət hüququ və Kriminalogiya Kafedrasının müdiri idi.\\Dia
Facebook-da paylaş