Əsas Səhifə > Hadisə > BDU-nun keçmiş rektoru VƏFAT ETDİB.
BDU-nun keçmiş rektoru VƏFAT ETDİB.24-10-2019, 22:29 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Nicat Gözəlov sosial şəbəkədə məlumat yayıb. F.Səməndərovun 80 yaşı var idi. Allah rəhmət etsin! *** Firudin Yusif oğlu Səməndarov 1939-cu il aprelin 12-də Saatlı rayonunun Molday kəndində, əkinçi ailəsində anadan olub. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxuyub, oranı medalla bitirib. 1958-1961-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1966-cı ildə təhsilini başa vurduqdan sonra ADU-ni bitirib və Cinayət hüququ kafedrasında aspirant saxlanılıb. 1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizadlik dissertasiyası müdafiə edib. 1969-cu ildən ADU-in Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışıb, 1997-ci ildən həmin kafedranın professorudur. F.Səməndərov 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildə ”Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 1995-ci ildən BDU-nun Cinayət hüququ və Kriminalogiya Kafedrasının müdiri idi.\\Dia Geri qayıt |