Bacısının azyaşlı qızına dəfələrlə təcavüz etdi və... - Azərbaycanda BİABIRÇI OLAY

 Bakıda seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şəffaflıq.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Ramil Mehdiyev bacısının azyaşlı qızı Nəzrin Məmmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz edib.
O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.
Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Ramil Mehdiyev həbs edilib.
İstintaq orqanı tərəfindən Ramil Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Mehdiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ramil Mehdiyev apelyasiya şikayəti verib. O, şərlənərək həbs edildiyini, günühasız olduğunu qeyd edib.
Ramil Mehdiyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, Ramil Mehdiyevin barəsində olan cəzanın yüngül olduğunu qeyd edib. Qanuni nümayəndə Ramil Mehdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar qəbul edilib.
Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.Teleqraf.com

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}