"Fənərbağça" Türkiyə Futbol Federasiyasını məhkəməyə verib
"Fənərbağça" klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib.
Şəffaflıq.az-ın məlumatına görə, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlardan bağlı təzminat tələb edir.
Klub TFF-dən maddi və mənəvi zərərlər üçün 250 milyon TL ödəməsini istəyib.
Qeyd edək ki, "Fənərbağça" 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. Komanda danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün avrokuboklardan məhrum edilib.
Xəbəri paylaş
Facebook-da paylaş