Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə, “Heydər Əliyev irsini öyrənirik” devizi altında dəyirmi masa keçirilmişdir.-FOTO
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” 44 gün ərzində bütün dünyanın gözü qarşısında, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Ş.Hüseynov həmçinin qeyd etdi ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Sonra tədbirdə iştirak edən Kənd Təsərrüfatı Aqrar İnkişaf Mərkəzinin Şamaxı rayonu üzrə şöbə müdiri, AİM-zi könüllülərinin rəhbəri Əli Mahmudov, YAP Şamaxı Təşkilatının gənclər birliyinin sədri Nuranə Məmmədova və rayonun fəal gənci Hilal Bəkirov çıxış edərək Ulu öndər Heydər Əliyevin təhsil, səhiyyə, idman, sosial-iqtisadi, hərbi, mədəniyyət və digər sahələrdə gördüyü əvəzsiz xidmətlərindən danışdılar. Sonda Şəhriyar qəsəbə tam orta məktəbinin şagirdi Gülbahar Sərxanova Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir parçası ilə çıxış etdi.
Facebook-da paylaş