Altıgünlük ucuzlaşmadan sonra neft bahalaşır ENERGETİKA

6 günlük ucuzlaşmadan sonra neft korreksiya səbəbilə bahalaşmağa başlayıb.
Şəffaflıq.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin oktyabr fyuçersləri 0,5 % bahalaşaraq, 1 bareli 66,77 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin sentyabr fyuçerslərinin qiyməti 0,6 % qalxaraq, 1 bareli 63,88 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 0,58 % bahalaşaraq, 1 bareli 64,06 ABŞ dolları təşkil edib.
Həftə boyu “Brent” nefti 5,5 %, "WTI" markalı neft isə 6,7 % ucuzlaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}