Gürcüstanda partlayış baş verib

 Gürcüstanın paytaxtı Tbilisi şəhərində partlayış hadisəsi baş verib.
Şəffaflıq.az “Rustavi-2” telekanalına istinadən xəbər verir ki, partlayış şəhərin David Aqmaşenebeli prospektindəki yaşayış evlərindən birində olub.
Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilib. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}