Azərbaycandan Gürcüstana 6,7 milyon ABŞ dolları pul köçürülüb.
Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 6,7 milyon ABŞ dolları pul köçürülüb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 11,8 % çoxdur.
Yanvar-iyul aylarında isə qonşu ölkəyə Azərbaycandan daxil olan pul köçürmələrinin məbləği isə 49,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 1,9 dəfə çoxdur.
İyul ayında Gürcüstandan Azərbaycana 2 milyon, yeddi ayda isə 10,8 milyon ABŞ dolları pul göndərilib.
Hesabat ayında xarici ölkələrdən Gürcüstana 208,4 milyon ABŞ dolları (+10,4 %), qonşu ölkədən xaricə isə 26,7 milyon ABŞ dolları (+19,9 %) həcmində pul köçürülüb.
Facebook-da paylaş