Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.
Şəffaflıq.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunun oyunlarında iştirak edəcək. Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina, eləcə də Ermənistan milli komandaları mübarizə aparacaq.
Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş