Əsas Səhifə > Cəmiyyət > Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı

Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı


10-08-2021, 19:00
 Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.
 Şəffaflıq.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunun oyunlarında iştirak edəcək. Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina, eləcə də Ermənistan milli komandaları mübarizə aparacaq.
Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.

Geri qayıt