Azərbaycanda tanınmış jurnalist vəfat edib

 Salyanda jurnalist vəfat edib.
Şəffaflıq.az-ın məlumatına görə, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan “Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.
F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, “Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.“Report”
Allah rəhmət eləsin!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}