Azərbaycanda pul bazası iyulda 3% artıb
Bu il avqustun 1-nə Azərbaycanda pul bazası 14 213,4 milyon manat təşkil edib.
Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 3% çoxdur.
Pul bazası ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 21,7% artıb.
Xəbəri paylaş
Facebook-da paylaş