Jurnalist Peresin səsyazmaları ilə təhdid edərək “Real”dan 10 milyon avro istəyib

Madrid “Real”ının prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları açıqlanıb.
Bu barədə “Onda Cero” nəşri yazıb.
Belə ki, bundan əvvəl “El Confidencial”  nəşri Peresin iştirakı ilə bir sıra telefon danışıqlarını yayıb. Bu səsyazılarından birində Peres “Real”ın əfsanəsi hesab olunan Raul Qonsales və İker Kasilyası “klub tarixinin ən böyük fırıldaqçıları” adlandırıb. Digər bir səsyazısında isə o, Kriştianu Ronaldu və Joze Mourinyunun ünvanına təhqirlər səsləndirib.
“Onda Cero” nəşri isə qeyd edir ki, “Real”da səsyazmaların varlığından xəbərdar olublar. Belə ki, 2011 jurnalist Xoce Antonio Abelyan klubun vitse-prezidenti ilə görüşüb. O, 10 milyon avro qarşılığında səsyazmaları yox edə biləcəyini bildirib.
“Real”ın nümayəndəsi sözügedən şantajı qəbul etməyib. Bundan sonra jurnalist səsyazmaları bir sıra nəşrlərə təklif edib. Lakin nəşrlər etik prinsiplər və məhkəmə prosesləri qorxusu ilə bundan imtina ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}