İş adamı qaziyə avtomobil hədiyyə etdi
Avtomobil, tikinti və restoran sahələrində fəaliyyət göstərən “Efendiler Group”un sahibi iş adamı, Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) Vətən müharibəsində hər iki ayağını itirmiş qazimiz Camal Alxasova yeni model Geely avtomobili hədiyyə edib.
Şəffaflıq.az xəbər verir ki, iş adamı Ə.Ənvərli avtomobili şəxsən özü təqdim edib.
Sahibkar digər iş adamları və şirkət sahiblərinə çağırış edərək onların da qazilərimizə eləcədə şəhid ailələrinə dəstək olmağa çağırıb.
Qeyd edək ki, "Geely Azərbaycan" "Efendiler Group”a daxildir. Şirkət bir neçə gün öncə yenicə təmirdən çıxmış satış və servis mərkəzini müştərilərin ixtiyarına verib.
Xəbəri paylaş
Facebook-da paylaş