İsmayıllıda kənd yollarının tikintisi davam etdirilir.-FOTO

             
İsmayıllı rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir.

Şəffaflıq.az xəbər verir ki, hazırda uzunluğu 4 kilometr olan V dərəcəli Pirəbülqasım avtomobil yoluna asfalt çəkilir. İşlərə 1 aydır ki, başlanılıb. Yolun çəkilişi 9 saylı Yol İstismarı MMC tərəfindən həyata keçirilir. Bu günədək yolun 3,5 kilometri asfaltlanıb və əlavə olaraq yolun 1 kilometrlik hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Yolun tikintisinə 5-dən çox ağır texnika və 20-dək işçi qüvvəsi cəlb olunub.

Qeyd edək ki, Pirəbülqasım kənd yolunda aparılan yenidənqurma işləri kənd əhalisinin işini xeyli asanlaşdıracaq.

Kənd sakinləri görülən işlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 31 kilometr olan Muğanlı-İsmayıllı-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikinti işləri davam etdirilir.

        
Bundan əlavə rayonun Hacıhətəmli, Kürdeldarbəyli kənd yollarında  asfaltlanma işləri aparılır.   




İsmayıllı rayonu.   
Dəyanət.İ
Şəffaflıq.az                                                                                                                                                          

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}