“Jurnalistlər üçün sosial media idarəçiliyi” təlimi
Avrora Qrup “Milli Mətbuat Günü” ilə əlaqədar jurnalistlər üçün təlim təşkil edəcək.
Şəffaflıq.az xəbər verir ki, Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq “Milli Mətbuat Günü” ilə əlaqədar onlayn media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlimə start verəcək.
Layihənin məqsədi Azərbaycanda onlayn media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsidir.
Xəbəri paylaş
Facebook-da paylaş