ADA Universitetinin təşkilatçılığı ilə növbəti media seminarı keçirilib


 

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda növbəti seminar keçirilib.

Şəffaflıq.az xəbər verir ki, seminarın növbəti günündə Aljazeera Media İnstitutunun nümayəndə heyəti iştirak edib.

Seminar çərçivəsində ADA Universiteti ilə Aljazeera Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sonra Aljazeera-nın baş müxbiri Resul Serdar və meneceri Rene Ode “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.

Hesab olunur ki, bu çox yaxşı layihədir:

“Bu layihə 75 media orqanını - həm çap, həm onlayn, həm də televiziyanı əhatə edir. Burada geniş miqyasda KİV rəhbərləri təmsil olunub. Baş redaktorlar və redaktorlar üçün hazırlanan layihəyə cəlb edilən media nümayəndəsi kimi deyə bilərəm ki, format və özlüyündə müzakirə edilən mövzular kifayət qədər maraqlıdır. Bu Azərbaycan mediasının beynəlxalq səviyyəyə çatdırılmasına böyük dəstək verəcək”.

Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun şəkildə ölkədə media islahatları prosesinə təkan verməkdir.

İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələrini bölüşəcəklər.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}