Krım Tatar Türkləri Ukraynada yerli xalq statusu qazandı

Krım Tatar Türklərinin, Karaimlərin və Krımçakların yerli xalq kimi tanınmasını nəzərdə tutan tənzimləmə, Ukrayna Parlamenti tərəfindən təsdiqləndi və qanun oldu. Buna görə xalqlar, təmsil etdikləri orqanlar vasitəsilə öz media qurumlarını yaratmaq hüququna sahib olacaqlar.

Şəffaflıq.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən "Ukraynanın yerli xalqları haqqında" qanun layihəsi ümumi məclisdə səs verildi.
Layihə səsvermədə iştirak edən 345 deputatdan 325-nin dəstəyi ilə ümumi məclisdə qəbul edildi.

Yerli insanlar kimi tanınacaqlar

Qanunvericiliyə görə, Krım Tatarları, Karaim və Krımçak xalqları Ukraynanın yerli xalqı kimi tanınacaq.
Ölkədə yaşayan ruslar isə Ukrayna hüdudlarından kənarda bir dövlətə sahib olduqları üçün yerli xalq sayılmayacaqlar.
Yerli xalqların assimilyasiyaya, etnik mənşəyinin və mədəni dəyərlərinin məhv edilməsinə, məcburi köçkünlüyə və köçürülməyə qarşı hüquqları təmin ediləcəkdir.
Ukraynanın yerli xalqlarının mədəniyyət, təhsil, dil və məlumat almaq hüquqları təmin ediləcəkdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}