Avropa İttifaqı Rusiyanın Krımda keçirdiyi SEÇKİLƏRİ TANIMIR

 


Şəffaflıq.az xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Krımda keçirdiyi yerli seçkiləri tanımadığını bildirib.

Avropa İttifaqının Komissiyasının açıqlamasında Krım və Sevastopolun Rusiya tərəfindən qanunsuz qanunsuz işğalını xatırladaraq, bu beynəlxalq hüquq pozuntusunu qınamağa davam elədiyini bildirib.

Açıqlamada deyilir: “Aİ Krım yarımadasında keçirilən seçkiləri tanımır”. Ukraynaya məxsus bu torpaqlardakı səsvermə nəticəsində seçilən şəxslərin bölgə xalqının təmsilçisi olmadığı bildirilir.

Dünən Rusiya ərazisinin müxtəlif bölgələrində vali, bələdiyyə başçısı və bələdiyyə məclisi üzvləri seçkiləri aparılmışdı.

Krım Tatar Milli Məclisinin (KTMM) başçısı Refat Çubarov da Rusyanın Krımda keçirdiyi yerli seçkilərin boykot edildiyini bəyan eləmişdi.

Rusiya Ukraynanın paytaxtı Kiyevdə 2014-cü ildə baş verən meydan hadisələrinə cavab olaraq Krımı qanunsuz şəkildə işğal eləmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}