"Bakıda gəncin saçının rənginə görə bıçaqlanması…" - Psixoloq
Maraqlıdır, 2 şəxsin birini məhz xarici görünüşü fərqli olduğuna görə bıçaqlamasında hansı psixoloji səbəblər rol oynayır?
Şəffaflıq.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bildirib ki, müasir dövrdə tək insanlara deyil, hətta heyvanlara da şiddət tətbiq edən insanlar var:
"Cəmiyyətimizdə xüsusilə yeniyetmələr özlərini təsdiq etmək üçün onlardan zəif insanlara xətər yetirirlər. Heyvana belə şiddət göstərən bu cür insanlar cəmiyyətin onları qəbul etmədiyini düşünərək ətraflarına təzyiq edirlər.
Bu insanlarda davranış pozuntuları olur. Onların şiddətə əl atması qeyri-qanuni hərəkətdir. Heç kəsin insanları saçının rənginə, geyiminə, hərəkətlərinə görə mühakimə etməyə və onlara zərər verməyə qanuni baxımdan ixtiyarı yoxdur. Ailədə düzgün tərbiyə olunmayan insanların ancaq zəiflərə gücü çatır.
Onlar öz qrupları arasında lider kimi görünmək istədiklərinə görə bu kimi davranışlara yol verirlər. Bu gün cəmiyyətimizdə saçının uzunluğu, rəngi, geyimi fərqli olan insanlara qarşı münasibət normal və təbiidir. Ancaq istisna hallarda psixoloji pozuntuları olan insanların onlara qarşı reaksiyası belə sərt olur".Milli.Az
Facebook-da paylaş