“Könüllülərin idarə olunması” mövzusunda beynəlxalq konfrans keçirilib


 

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və BCC Akademiyanın birgə təşkilatçılığı ilə 23 iyun - Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “Volunteer Management” (Könüllülərin idarə olunması) mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Bir sıra rəsmi qonaqların, eləcə də könüllülük sahəsində çalışan xarici ekspertlərin və müxtəlif ölkələri təmsil edən könüllülərin iştirakı ilə keçirilən konfransda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova, BMT könüllülərinin Asiya və Sakit Okean üzrə regional menecerinin müavini Dmitriy Frischin, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi şöbəsinin meneceri Atif Qəmbərov, Avstraliya-Yeni Zelandiya, 2023 FIFA Qadınlar üzrə Dünya Kubokunun işçi qüvvəsi komandasının rəhbəri Hiam Katrib, könüllülərlə iş üzrə beynəlxalq mütəxəssis Chiton Vuong, Türkiyənin Gənclər və İdman nazirliyinin təhsil və pedoqoji xidmətlər şöbəsinin rəhbəri Cemalettin Parıltı, Könüllü Mərkəzləri Assosiasiyasının tədbir və beynəlxalq proqramlar departamentinin layihə meneceri Yekaterina Zhukovskaya və Qazaxıstanın Milli Könüllülər Şəbəkəsinin koordinatoru Madina Sigaziyeva dəvət olunan qonaqlar sırasında yer alıblar.

Konfrans ərzində tərəflər öz ölkələrində könüllülük hərəkatının inkişafı, həyata keçirilən müxtəlif layihə və tədbirlər haqqında məlumat verib, eləcə də beynəlxalq tədbirlərdə könüllülərlə iş üzrə təcrübələrini bölüşüblər. Bundan əlavə təmsilçilər könüllülük sahəsində beynəlxalq əməkdaşlıq, əlaqələrin inkişaf etdirilməsi və həyata keçirilə biləcək ortaq layihələr haqqında müzakirələr aparıblar.

Sual-cavab sessiyası ilə davam edən konfransda təmsilçilər tərəfindən könüllüləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib və gənclər xaricdə iştirak edə biləcəkləri müxtəlif istiqamətli könüllülük proqramları haqqında ətraflı məlumatlandırılıblar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}