Neft Fondunun yeni icraçı direktoru kimdir? - DOSYE

 Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edib.
Şəffaflıq.az-ın məlumatına görə, İsrafil Məmmədov bu vəzifəyə qədər, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsində çalışıb:
26 iyul 1973-cü ildə anadan olmuşdur. 1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, İqtisadçı 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.
1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində çalışıb. 2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsində çalışıb.
2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.
23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Evlidir, üç övladı var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}