Şamaxıda Vətən müharibəsi şəhidi Əliyev Rauf İlyas oğlunun xatirəsinə hazırlanmış barelyefin təqdim edilməsi mərasimi keçirilib.FOTO/VİDEO
Şamaxıda 17 iyul 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllimi,Vətən müharibəsi şəhidi Əliyev Rauf İlyas oğlunun xatirəsinə hazırlanmış barelyefin təqdim edilməsi mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki,Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin Nümayəndələri, Millət vəkili Tamam xanım Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vətən uğrunda şəhid olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, xatirə barelyefinin açılış mərasimi qeyd olundu. Şəhid Əliyev Rauf İlyas oğlu 11 fevral 1993-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş,2008-2012-ci illərdə isə S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil aldıqdan sonra, 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Facebook-da paylaş
