AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb. REYS TƏXİRƏ SALINIB

 "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.
Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}