Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 910 min manat ayrılıb
Prezident İlham Əliyev "Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Şəffaflıq.az xəbər verir ki, Sərəncama əsasən Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Sıra№-si Rayonunadı Quyularınsayı, ədəd Yaşayış məntəqələrinin adı Əhalininsayı, nəfər 1. Xaçmaz 5 Aslanoba kəndi 381 Çaxmaqlı kəndi 163 Ləcət kəndi 2292 Müşkür kəndi 1877 Yeni Həyat qəsəbəsi 3903 2. Quba 3 Dağlı kəndi 1747 Susayqışlaq kəndi 609 Vladimirovka kəndi 3419 3. Qusar 3 Avaranqışlaq kəndi 564 Bədirqala kəndi 873 Nəcəfkəndoba kəndi 120 4. Şabran 2 Padar kəndi 586 Sincanboyad kəndi 812 Cəmi: 13 13 17 346
Facebook-da paylaş