Prezident İlham Əliyevdən yeni SƏRƏNCAM
Prezident İlham Əliyev "Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahıSıra
№-siŞəhərin, rayonun adı Quyuların
sayı, ədədYaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər Gəncə 1 Şıxzamanlı qəsəbəsi 6773 Naftalan 1 Qaşaltı Qaraqoyunlu kəndi 930 Yevlax 3 Hacımahmudlu kəndi 635 Qaramanlı kəndi 878 Nurallar kəndi 247 Goranboy 10 Əlirzalı kəndi 1248 Hazırəhmədli kəndi 1183 Xınalı kəndi 1061 Qaradağlı kəndi 3723 Qaramusalı kəndi 1181 Qızılhacılı qəsəbəsi (3 quyu) 7206 Muzdurlar kəndi 1596 Səfikürd kəndi 4990 Göygöl 5 Balçılı kəndi 2350 Quşqara kəndi (2 quyu) 1698 Nadil kəndi 1359 Səmədli kəndi 470 Samux 6 Aşağı Ağasıbəyli kəndi 522 Çobanabdallı kəndi 3030 Hacıalılı kəndi 1300 Qarayeri qəsəbəsi 6299 Qovlarsarı kəndi 1545 Samux şəhəri 10474 Cəmi: 26 23 60 698
Facebook-da paylaş