İsmayıllıda qaydaları pozan piyadalar inzibati məsuliyyətə cəlb edilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, analoji qayda pozuntusuna yol verənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Facebook-da paylaş