İşlətdiyi kafedə özünə ad günü məclisi təşkil edən şəxs məsuliyyətə cəlb olundu
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, həmin yerə baxış keçirilən zaman obyektin icarədarı Ramil Surxayevin özünə ad günü məclisi təşkil etdiyi məlum olub. Onunla izahedici söhbətlər aparılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Həyata keçirilən digər bir tədbir zamanı isə şəhərin C.Cabbarlı küçəsində yerləşən çayxananın gecə saatlarında işlədiyi məlum olub. Obyektin icarədarı Rahim Kərimova mövcud qaydalar bir daha izah edilib və barəsində inzibati protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən həmin şəxs 10 gün müddətinə inzibati həbs olunub.
Facebook-da paylaş