Şamaxı rayon Heydər Əliyev Mərkəzində "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qitmətləndirilməsi" mövzusunda Regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən təlim keçirilmişdir.
03 iyun 2021-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrində (baş idarələrində) çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qitmətləndirilməsi" mövzusunda Regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən təlim keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər Strategiya" və Strategiyanın 2019-2021-illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin edilməsi, rayon (şəhər) gənclər və idman idarələrində (baş idarələrində) çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq aparılması məqsədi ilə keçirilən təlimdə Gənclər və İdman Nazirliyinin əməkdaşları məsləhətçi Ağahüseyn Hüseynov, aparıcı məsləhətçi Vüqar Baxışov və Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Zərdab rayon (şəhər) gənclər və idman idarələrinin rəisləri iştirak etmişlər.
Facebook-da paylaş
