Əsas Səhifə > REGİON / Cəmiyyət > Şamaxı rayon Heydər Əliyev Mərkəzində "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qitmətləndirilməsi" mövzusunda Regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən təlim keçirilmişdir.
Şamaxı rayon Heydər Əliyev Mərkəzində "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qitmətləndirilməsi" mövzusunda Regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən təlim keçirilmişdir.4-06-2021, 15:02 |
![]() ![]() ![]() ![]() ![]() ![]() Təlimi giriş sözü ilə açan Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov təlim iştirakçılarını salamladı və işlərində uğurlar arzuladı. Sonra çıxış etmək üçün sözü Gənclər və İdman Nazirliyinin Regionlarla iş və kadrlar şöbəsinin məsləhətçisi Ağahüseyn Hüseynova verdi. Ağahüseyn Hüseynov təlimin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydaya uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan , bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu bildirdi. Daha sonra təlimdə qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları haqqında geniş məlumat verilmiş, mövzu üzrə slayd nümayiş etdirilmiş və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru: Könül EyvazovaGeri qayıt |