Ölkədə xarici valyutaya maraq azalıb: Əhali dollarlarını satır
2021-ci ilin aprel ayı ərzində xarici valyutada aparılan mübadilə əməliyyatlarının həcmi açıqlanıb.
Şəffaflıq.az məlumat verir ki, bu barədə Mərkəzi Bank hesabat yayıb.
Hesabatda ABŞ dolları, ingilis funt sterlinqi, avro və Rusiya rublu üzrə aparılan mübadilə əməliyyatlarının həcmi təqdim edilib.
Aprel ayı ərzində banklar tərəfindən 130 milyon 628,3 min ABŞ dollarının alışı həyata keçirilib. Eləcə də, vətəndaşlara 129 milyon 963,8 min ABŞ dollarının satışı təmin edilib. 2020-ci ilin aprel ayı ilə müqayisədə dolların alışı 3,1 dəfə artıb, satışı isə 20,8 faiz azalıb.
Müvafiq dövrdə 543,7 min ingilis funt sterlinqinin alışı həyata keçirilib. Həmçinin, 777 min funt sterlinqin satışı baş tutub. Cari valyuta vahidi üzrə alış həcmi ötən ilə nisbətən 8,1 faiz, satış həcmi isə 2,5 dəfə az olub.
Ötən ay banklar tərəfindən 5 milyon 667,4 min avronun alışı baş tutub. Eləcə də, 18 milyon 577,6 min avronun satışı təmin edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 2,8 dəfə, satışı isə üç dəfəyə qədər azalıb.
Aprel ayı ərzində banklar tərəfindən 1 milyard 264 milyon 842,3 min Rusiya rublunun alışı həyata keçirilib. Bu dövrdə vətəndaşlara 187 milyon 533,9 min rus rublu satılıb. Valyutanın alışı ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz artıb, satışı isə 38,1 faiz azalıb.
Qeyd edək ki, aprel ayı ərzində ümumilikdə bütün xarici valyutalara azalıb. Banklar tərəfindən xarici valyutanın cəlb edilməsi prosesində isə yalnız dollar və rus rublunun alış həcmlərində artım müşahidə olunub.
Facebook-da paylaş