“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya oldu

 

Niderlandın Rotterdam şəhərində yerləşən “Ahoy Arena”da “Avroviziya -2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland təmsilçiləri mübarizə aparıb. Daha sonra ölkələrin bir-birinə verdiyi səslər açıqlanıb. 


Azərbaycan 12 xal Rusiyaya, 10 xal Yunanstana, 8 xal Moldovaya verib. Ölkələrin verdiyi səsvermə bitdikdən sonra ictimaiyyətin səsverməsi açıqlanıb və bütün nəticə dəyişib.

Müsabiqənin qalibi İtaliya olub. Fransa ikinci, İsveçrə üçüncü yerdə qərarlaşıb.

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 20-ci yer tutub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}