Hacıqabulda maşın aşdı, yaralılar var

 

Hacıqabulda minik avtomobili aşıb, xəsarət alanlar var.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Atbulaq qəsəbəsi yaxınlığında baş verib.

Belə ki, Gədəbəy rayon sakini Əkbərov Aqil Qəzənfər oğlu idarə etdiyi 90-ON-689 dövlət qeydiyyat nişanlı “Toyota-Prado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarına aşırdıb.

Qəza zamanı avtomobildə olan 5 nəfər - sürücü Əkbərov Aqil Qəzənfər oğlu və sərnişinlər Əkbərova Pəri İbrahim qızı, Əkbərova Raifə İbrahim qızı, Əkbərova Səmidə Zahid qızı, Əkbərov İlqar Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar hadisə yerinə çağrılan Təcili Tibbi Yardım Maşını ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}