Şamaxı rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətinə dair...


 

Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlamışdır. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 01 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır. 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. 

Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 36 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. 

Bu ilin sonunadək isə ölkənin bütün şəhər və rayonlarda mövcud Heydər Əliyev mərkəzlərində də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq. 

25 yanvar 2020-ci ildə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şamaxı nümayəndəliyinin açılış mərasimi baş tutdu. Şamaxı nümayəndəliyin açılması gənclərin inkişafına böyük təkan vermişdir. 

Gənclərin mütəmadi olaraq mərkəzdə bir araya gəlməsini və rayon gənclərinin problemlərindən irəli gələn məsəllərdə həll yollu axtarışı, bu problemlərin aradan qaldırılması üçün komanda nümayəndəliyinin direktoru Mecdunov Ramin Raqib oğlu, təlim-tədris üzrə mütəxxəsis Binyətova Jalə Ruslan qızı əməkdaş, 150 dən çox üzv, 70 -ə yaxın könüllü, 15 nəfər təçrübəşi kimi fəaliyyət göstərir. 

GİKM-in Şamaxı nümayəndəliyinin nəzdində 6 klub yaradılmışdır. “Sosial fəaliyyətlər klubu”  gənclərin cəmiyyət üçün faydalı işlərin görülməsini, “İdman klubu” gənclər arasında sağlam tərzini, “İntellektual klub” gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, “Mədəniyyət klub” gənclərin arasında mədəni layihələrin həyata keçirilməsini, “Vətənpərvərlik klubu” gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, “Eko klub” ekoloji layihələrin icrasının özündə birləşdirir. 

GİKM-in Şamaxı nümayəndəliyində Dursunəliyeva Lamiyə, Xəlilli Fərid, Səmədov Səmid, İsmayılov Zamik, Mehdiyev Kənan, Mehtizadə Natiq müvafiq klub rəhbərləri kimi öz işlərini həyata keçirirlər. Təcrübəçi müqaviləsi bağlandıqdan sonra gənclər 3 ay müddətində direktor, ictimaiyyətlə əlaqələr üzrə, tədbir və layihələr üzrə, təlim-tədris üzrə, könüllülər üzrə mütəxəssis vəzifələrini öyrənir və praktiki olaraq həyata keçirirlər. 

Gənclər öz asudə vaxtlarını həyati bilik bacarıqlarına rəng qataraq, daha da mükəmməl şəkilə salırlar. Artıq 1 ildən çoxdur fəalliyət göstərən GİKM-in Şamaxı nümayəndəliyini rayon ərazisində bir çox layihələri həyata keçirmişdir və rayondakı bir çox təşkilatlarla əmədaşlıq edir. Rayon İcra Hakimiyyəti və idarələri, rayon ziyalıların özləri nümayəndəliyinin fəaliyyəti ilə yaxından maraqlanır və əməkdaşlıq etməyə maraq göstərir. Belə təşəbbüslərin tez-tez olmağı gənclərimiz arasında həvəsləndirici rol oynayır, onlar özlərini yalqız hiss etmir və hər gün yeni layihə və ideyalarını yoldaşları ilə bölüşürlər.

 Ümmumilli lider Heydər Əliyevin dediyi kimi, gəncliyin sağlam ruhlu, savadlı yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdisə, deməli, inkişaf və informasiya məhz onlarla bir adımlayır. Rayon ərazisində yaşayan hər bir gəncimizi mərkəzimizə üzv olmağa, könüllü olmağa dəvət edirik. Sən də mərkəzimizə üzv ol, mərkəzdə ol, mərkəz Sən ol!
 
GİKM Şamaxı nümayəndəliyinin
direktoru Ramin Raqib oğlu Mecdunov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}