Pakistanda ağır yol qəzasında azı 11 nəfər həlak olub

 

Pakistanın şərqində furqonun su kanalına düşməsi nəticəsində 11 nəfər həlak olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Qeyd edilir ki, onlardan 7-si uşaqlardır.

Agentliyin məlumatına görə, 11 sərnişinin olduğu furqon şərqi Pəncab əyalətində kanala düşərək batıb. Həlak olanlar arasında uşaqlarla yanaşı, həmçinin üç qadın və bir kişi də var. Onların hamısı bir ailənin üzvləridir.

Şahidlərin dediyinə görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}