Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var

 

Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha üç nəfər yaralanıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.

Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}