ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: "Təmkinli olun..."
ABŞ Dövlət Departamenti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə departamentin sözçüsü Ned Prays özünün "Twitter" hesabında yazıb.
"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq" - deyə, N.Prays bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş