Əsas Səhifə > Dünya > ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: "Təmkinli olun..."

ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: "Təmkinli olun..."


13-05-2021, 23:21
 ABŞ Dövlət Departamenti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə departamentin sözçüsü Ned Prays özünün "Twitter" hesabında yazıb.
"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq" - deyə, N.Prays bildirib.

Geri qayıt