Əfqanıstanda məktəb yaxınlığında partlayış: azı 15 ölü, 20 yaralı var

 

Əfqanıstanın paytaxtı Kabulda məktəbin yaxınlığında baş verən silsilə partlayışlar nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

Şəffaflıq.az “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Dəşte-Barçi rayonunda qızlar məktəbinin yaxınlığında törədilib.

Üç raketin partladığı da ehtimal edilir. Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}