Cennifer Lopez vaksinasiyaya dəstək konsertində iştirak edib

 

Populyar amerikalı müğənni Cennifer Lopez koronavirusa qarşı vaksinasiya prosesinə dəstək məqsədilə təşkil olunmuş “Global Citizen: Vax Live” konsertində iştirak edib.

Şəffaflıq.az bildirir ki, bu barədə “ETonline” məlumat yayıb.

Konsert Kaliforniyadakı “SoFi” stadionunda baş tutub.

Səhnəyə çıxan ifaçı yoxsul ölkələrin peyvəndlə təmin olunmasının vacibliyindən danışıb. Daha sonra o, anasını səhnəyə dəvət edib. Lopez bildirib ki, pandemiya səbəbindən builki milad bayramını anasıyla birlikdə keçirə bilməyib. Müğənni anasından uşaqlıqda ona dediyi laylanı oxumağı xahiş edib və anası onun sözünü yerə salmayaraq, Nil Daymondun “Sweet Caroline” mahnısını ifa edib.

Qeyd edək ki, konsertin videoyazısı mayın 8-də yayımlanacaq.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}