19 yaşlı müğənni koronavirusa yoluxdu

 Artıq koronavirusa yoluxanlar arasında gənclərə də tez-tez rast gəlinir. Bu gün amerikalı 19 yaşlı müğənni Şarlot Laurensdə də xəstəliyin olması təsdiqini tapıb.
Müğənni özü də bu barədə sosial mediada bildirib. O sağalacağına əmin olduğunu bildirərək pərəstişkarlarına müraciət edib:
“Evdə qalın. Özünüzü xəstə hiss etsəniz də, etməsəniz də. Ana-atanızı, nənə-babanızı fikirləşin”.
Qeyd edək ki, Şarlot Laurens aktrisa Krista Miller və ssenarist Bil Laurensin qızıdır.(oxu.az)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}