Hamilton Portuqaliya Qran-prisinin qalibi oldu

 

“Formula 1” çempionatının növbəti mərhələsi Portuqaliyada baş tutub.

Şəffaflıq.az xəbər verir ki, “Alqarve” avtodromunda baş tutan sayca üçüncü mərhələnin qalibi “Mercedes” pilotu Luis Hamilton olub.

Yarışmada ikinci pilləni “Red Bull” komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.

Qeyd edək ki, hazırda hesabında 69 xal olan Hamilton yarış cədvəlinə başçılıq edir. Trasın ötənilki qalibi də məhz o olub.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}